19 C
Baku
22 Noyabr 2024, 15:48
Baş xəbərDünya

ABŞ Alyaskaya qoşun göndərir

Rusiyanın Alyaska bölgəsində son vaxtlar artan hərbi fəaliyyətinə cavab olaraq ABŞ ordusu bu bölgəyə qoşun yeridib. ABŞ Rusiyaya qarşı daha bir tədbir görüb.

Rusiyanın “Okean-24” hərbi təlimlərindən sonra narahat olan ABŞ Aleut adaları bölgəsinə mobil raket qurğuları ilə təchiz edilmiş təxminən 130 əsgər göndərib.

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) 11 sentyabr, 13 sentyabr, 14 sentyabr və 15 sentyabr tarixlərində Alyaska sahillərində Rusiya hərbi təyyarələrini aşkar edib izlədiyini bildirib.

Bunun üzərinə, daşınma aparılarkən Pentaqondan açıqlama gəldi.

Pentaqonun verdiyi açıqlamada Rusiyanın 8 hərbi təyyarəsi və 2-si sualtı qayıq olmaqla 4 donanma gəmisinin Alyaskaya yaxınlaşdığı, lakin onların təyyarələrinin ABŞ hava məkanını pozmadığı bildirilib.

İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN BAZA

“Güc Proyeksiyası” adlı əməliyyat çərçivəsində ABŞ əsgərləri keçən həftə Alyaskanın Ankoric şəhərindən təxminən 2 min kilometr cənub-qərbdə yerləşən Şemya adasına göndərilib.

Bildirilib ki, bölgəyə ezam olunan əsgərlər özləri ilə yüksək hərəkət qabiliyyətinə malik 2 artilleriya raket sistemi (HİMARS) gətiriblər.

Şemya adasında İkinci Dünya Müharibəsindən qalma ABŞ Hərbi Hava Qüvvələrinə məxsus aviabazanın olduğu məlumdur.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general-mayor Pat Rayder dünənki mətbuat brifinqində deyib: “Biz yaxınlıqda rusların və çinlilərin uçduğunu ilk dəfə görmürük və biz bunu diqqətlə izləyirik və cavab verməyə hazırıq” deyib.

ABŞ-ın Alyaska üzrə senatoru Den Sallivan bildirib ki, ABŞ ordusu Alyaskanın qərb bölgəsinə idarə olunan raket esminesi və Sahil Mühafizəsi gəmisini yerləşdirib.

OCEAN 2024 TƏLİMİNİN TƏFƏRRÜATLARI

Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Aleksandr Moiseyevin rəhbərliyi altında sentyabrın 10-16-da Sakit və Şimal Buzlu okeanlar, Aralıq dənizi, Xəzər və Baltik sularında “Okean-2024” hərbi-strateji təlimi keçirilib.

İki mərhələdən ibarət olan təlimə 90 mindən çox əsgər qatıldığı halda, 400-dən çox döyüş gəmisi və sualtı qayığın, 120-dən çox təyyarə və helikopterin, 7 minə yaxın hərbi texnikanın iştirak etdiyi məlumdur.

Sentyabrın 10-da verdiyi açıqlamada Putin bildirib ki, təlim Rusiya hərbi dəniz və hava qüvvələrinin hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır.

ÇİNDƏN MESAJ VAR

Çin Müdafiə Nazirliyi sentyabrın 9-da verdiyi açıqlamada Rusiya və Çin donanmalarının iştirak edəcəyi “Şimali Birləşmiş 2024” təlimlərinin Yapon dənizi (Şərq dənizi) və Şimal dənizində keçiriləcəyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, dəniz və hava təlimləri iki ölkə arasında “strateji əməkdaşlığı təkmilləşdirmək və təhlükəsizlik təhdidlərinə qarşı birgə döyüş qabiliyyətini gücləndirmək” məqsədi daşıyır.

Böyük təlimlərdən biri olan “Okean” da keçmiş Sovet İttifaqı dövründə 1970-1985-ci illərdə keçirilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Qərb Trampın Ukraynaya görə məsuliyyəti Aİ-yə ötürmək istəyini açıqlayıb

Aynur Camal

Yük maşını ilə toqquşan minik avtomobilində yanğın baş verdi: 1 nəfər öldü

Bugün TV

Rusiya xüsusi hərbi əməliyyata hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu