16 C
Baku
27 Oktyabr 2025, 12:25
Baş xəbərSiyasət

ABŞ: “Biz İranın nüvə proqramını ləngitməsini alqışlayırıq”

Bugun.tv xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken İranın nüvə proqramını ləngitməsi ilə bağlı qərarını alqışladıqlarını bildirib.

Bir jurnalist Wall Street Journal-ın İranın nüvə proqramını ləngitməsi ilə bağlı xəbərinə işarə edərək, “Bu doğrudurmu? Sizin məlumatınıza görə, həqiqətənmi nüvə proqramını ləngitdilər?”, – sualını verib.

“Dediyiniz xəbəri təsdiq edə bilmərəm. Təbii ki, deyə bilərəm ki, İranın ABŞ-ın nüvə sazişindən çıxmasından sonra həqiqətən artan nüvə təhlükəsini azaltmaq üçün atacağı istənilən addımı alqışlayacağıq”, – Blinken cavabında bildirib.

Hazırda İran və ABŞ arasında heç bir nüvə razılaşmasının olmadığını bildirən Blinken, “Biz açıq şəkildə deyirik ki, İranın diplomatiyaya yer açmaq üçün gərginliyi azaltması lazımdır”, – söyləyib.

Bugün TV

Oxşar xəbərlər

İsrail İordan çayının qərb sahilindəki fələstinliləri köç etməyə məcbur edir

Aynur Camal

“Azərbaycanın sülh mövqeyi əslində Ermənistan üçün də bir şansdır”

Aynur Camal

Amazon meşələri hər il 15 milyondan çox xəstəliyin qarşısını alır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu