Bugun.tv xəbər verir ki, hər iki təşkilatın öhdəliklərini yerinə yetirməməsi və sülh perspektivlərini sarsıtması səbəbindən onların məsuliyyətə cəlb edilməsi ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun hesab olunur.
Qeyd olunur ki, onları sülhün tərəfdaşı kimi qəbul etmək üçün Fələstin Muxtariyyəti və Fələstin Təhlükəsizlik Təşkilatı terrorizmi, o cümlədən 7 oktyabr hücumunu açıq şəkildə pisləməlidir.
Bəyanatda vurğulanır ki, Fələstin Muxtariyyəti beynəlxalq hüquq kampaniyalarına müraciətləri və Fələstin dövlətinin birtərəfli tanınmasına yönələn səyləri dayandırmalıdır. Çünki bu addımlar danışıqlardan yayınmaq cəhdi kimi dəyərləndirilir və nəticə etibarilə HƏMAS-ın girovları azad etməməsinə, həmçinin Qəzza zolağında atəşkəs danışıqlarının pozulmasına gətirib çıxarır.