Bugun.tv xəbər verir ki, ABŞ, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen Group”a məxsus “Porsche”, “Bentley” və “Audi” markalı lüks markaların idxalını dayandırılıb. Üstəlik, gömrükdə bəzi nəqliyyat vasitələrinin müsadirə olunduğu bildirib. Səbəb həmin avtomobillərin istehsalında qadağan olunan Çin ehtiyat hissələrindən istifadə edilməsidir. Bu, təmir zamanı bir neçə min Audi, 1000-ə yaxın Porsche, yüzlərlə Bentley-də aşkarlanıb. Volkswagen isə, təchizatçıdan gələn hissənin mənşəyindən xəbərsiz olduğunu söyləyib.
Qeyd edək ki, Çinin qərbi Sincan bölgəsindən idxal olunan malların məcburi əməkdən istifadə edilərək hazırlanması ABŞ qanuna ziddidir. Buna görə də sözügedən avtomobillərin ölkəyə gətirilməsinin dayandırılması barədə qərar qəbul edilib.
