Texnologiya

ABŞ-Çin münasibətlərində yeni gərginlik: Süni intellekt texnologiyaları əsas müzakirə mövzusu olacaq

ABŞ administrasiyası Çinlə keçirilə biləcək növbəti yüksək səviyyəli danışıqlarda süni intellekt texnologiyalarının oğurlanması və sənaye casusluğu məsələsini gündəmə gətirməyə hazırlaşır.

Reuters agentliyinin məlumatına görə, Vaşinqton hesab edir ki, qabaqcıl süni intellekt texnologiyalarının qanunsuz əldə olunması milli təhlükəsizlik və iqtisadi rəqabət baxımından ciddi risk yaradır. ABŞ rəsmiləri bu məsələni Çinlə texnologiya sahəsində aparılacaq mümkün danışıqların əsas gündəm mövzularından biri kimi nəzərdən keçirirlər.

Məlumata görə, ABŞ administrasiyası xüsusilə süni intellekt sahəsində hazırlanmış proqram təminatı, çip texnologiyaları və kommersiya sirlərinin qorunmasına daha çox diqqət yetirəcək. Vaşinqton bu sahədə intellektual mülkiyyət hüquqlarının pozulması ilə bağlı narahatlığını uzun müddətdir dilə gətirir.

Ekspertlər hesab edirlər ki, bu məsələ ABŞ və Çin arasında onsuz da mürəkkəb olan texnologiya rəqabətini daha da kəskinləşdirə bilər. Son illərdə hər iki ölkə süni intellekt, yarımkeçiricilər və yüksək texnologiyalar sahəsində qlobal liderlik uğrunda rəqabəti gücləndirib.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Yeni üsul kompüterlərdə istilik itkisini 60 faizdən çox azaltmağa kömək edə bilər

Aynur Camal

Çin süni intellekt çipləri sahəsində Nvidia-ya ciddi rəqiblər yetişdirir

Aynur Camal

Ağıllı televizorlar nə izlədiyinizi müəyyənləşdirə bilir – izləməni necə söndürmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu