18 C
Baku
25 Aprel 2025, 10:30
Dünya

ABŞ-da əcnəbilərə ev satışı son 15 ildə ən aşağı səviyyədədir

ABŞ-da əcnəbilərə ev satışı 2009-cu ildən bəri ən aşağı səviyyədədir. Milli Rieltorlar Assosiasiyası (NAR) əcnəbilərin mənzil investisiyalarına dair məlumatları açıqlayıb.

Buna görə 2023-cü ilin aprel-mart ayları arasında ABŞ-da əcnəbilərə 54 min 300 ev satılıb.

Bu satışlar illik bazda 36 faiz azalsa da, 2009-cu ildən bəri ən aşağı səviyyəsini qeyd edib.

Bu dövrdə əcnəbilər 42 milyard dollarlıq mənzil alıblar. Sözügedən dövrdə xaricilərin mənzil investisiyaları yüzdə 21,2 azalıb.

Xaricilərə satılan evlərin orta qiyməti 780 min 300 dollar, orta qiyməti isə 475 min dollar olub, indiyə qədər qeydə alınan ən yüksək qiymətdir.

Ölkə millilərinə görə, ən çox ev satışı Kanada, Çin, Meksika və Hindistan vətəndaşlarına edilib.

Xaricilərin ən çox mənzil aldığı ştatlar Florida, Texas, Kaliforniya, Arizona, Corciya, Nyu-Cersi, Nyu-York və Şimali Karolina olub.

NAR-ın baş iqtisadçısı Lourens Yun məlumatların qiymətləndirilməsində qeyd edib ki, güclü dollar amerikalılar üçün beynəlxalq səyahətləri ucuzlaşdırsa da, xaricilər üçün ABŞ-da mənzilləri xeyli bahalaşdırıb.

ABŞ-da güclü dollar səbəbiylə xaricilərə mənzil satışlarının azalmasının təəccüblü olmadığını qeyd edən Yun, “Tarixən aşağı mənzil fondu və artan qiymətlər Amerikalı və beynəlxalq alıcılar üçün mənzil satışlarını məhdudlaşdıran mühüm amillər olmağa davam edir” deyib.

ABŞ-da mənzil satışı 2023-cü ildə illik 18,7 faiz azalaraq 4,09 milyona çataraq 1995-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

Bu gün və sabah təhlükəli gündür!

Nigar Məmmədova

Əfqanıstana 23,7 milyon dollar yardım edildi

Şükufə Ramizqızı

Namizədliyini geri götürən Co Bayden Trampı hədəf aldı: Əsl təhlükə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu