8 C
Baku
21 Dekabr 2025, 23:28
Baş xəbərDünya

ABŞ-da 10 nəfəri öldürən serial qatil tutuldu

ABŞ-ın Nyu-York şəhərində bir memar 2010-cu ildən 10 nəfərin  ölümü ilə əlaqəli silsilə qətllərdə şübhəli bilinən şəxs saxlanılıb.

Bugün.tv xəbər verir ki, 2010-cu ildən bəri 10 qurbanın qalıqlarının tapıldığı ‘Gilgo Beach cinayətləri’ olaraq bilinən cinayətlərə görə şübhəlinin bu gün hakim qarşısına çıxarılmasının gözlənildiyi bildirilib. Saxlanılan şəxs Reks Heuermanndır.

Şübhəlinin qabaqcıl telefon məlumatları təhlili nəticəsində ələ keçirildiyi və Long Island, Massapequa Parkdakı evində axtarış aparıldığı paylaşılıb.

Long Islandın cənubundakı çimərlikdə 2010-cu ildən müxtəlif vaxtlarda 8-i qadın, biri kişi və bir uşaq olmaqla ən az 10 insan qalığı tapıllb. Sirri açıla bilməyən bu Gilgo Beach cinayətləri qorxuya səbəb olmuşdu.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Kolumbiya İsraili tərk edir, İsveçə üz tutur

Aynur Camal

Almaniya və Finlandiya: Hibrid Müharibə

Aynur Camal

Qırışlarla mübarizə aparmaq üçün ən yaxşı məhsullar tövsiyə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu