Baş xəbərDünya

ABŞ-da bir-birinin ardınca təyyarə qəzaya uğradı! Faktla bağlı araşdırmalara başlanılıb

ABŞ-ın Nebraska ştatının Noks bölgəsində kiçik təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində pilot dünyasını dəyişib. Bu qəzadan yarım saat sonra eyni vəziyyətdə daha bir tək mühərrikli təyyarə qəzaya uğradı. ABŞ-ın Nebraska ştatının Noks və Ueyn bölgələrində bir-birinin ardınca təyyarə qəzaları baş verib. Bildirilib ki, Noks qəzasında “Rans S-19” tipli kiçik təyyarə qəzaya uğrayıb. Hadisə zamanı pilotun öldüyü açıqlanıb. Knoxdakı qəzadan sonra eyni ştatın Ueyn bölgəsində də təyyarə qəzası baş verib. “Piper PA-28-140” tipli bir mühərrikli təyyarə qəzaya uğrayıb.

Həyatını itirən və ya yaralananlarla bağlı məlumat paylaşılmasa da, qəza ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Hər iki qəzanı araşdırmaq üçün bölgəyə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) mütəxəssisləri göndərilib.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrail prezidenti Ceyhun Bayramovu təbrik edib

Aynur Camal

Gülben Ergenin xəncərli libası sosial mediada çox müzakirə olundu

Aynur Camal

Növbəti tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu