7 C
Baku
15 Dekabr 2025, 7:08
Baş xəbərDünya

Bir ilk: Səsgücləndirici ilə 5 dəfə azan oxundu

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində il ərzində azanın gündə beş dəfə səsgücləndirici ilə açıq şəkildə oxunmasına icazə verilib.

Belə ki, sözügedən şəhər şurası yekdilliklə ölkənin tarixində ilk dəfə gündə beş dəfə namaz üçün azan səsləndirib.

Parlament Ramazan ayında keçirilən səsvermə ilə şəhərin səs-küy tənzimləməsindəki, xüsusilə səhər və gecə azanının açıq şəkildə səslənməsinə mane olan müvafiq məhdudlaşdırıcı maddələri də dəyişdirib.

Səsverməni izləyən şəhərin Nur məscidinin imamı Mohammed Dukulfy deyib: “Minneapolis indi bütün dinlər üçün bir şəhərə çevrilib”.

Minnesota Amerika-İslam Münasibətləri Şurasının (CAIR) prezidenti Jaylani Hüseyn isə deyib ki, 5 vaxt namaz vaxtının “din azadlığı üzərində qurulmuş bir xalqın dünyaya verdiyi vədi yerinə yetirdiyininin göstəricisi oldu”.

Keçən il şəhər şurası açıq şəkildə azan oxunmasına icazə vermişdi, lakin səs-küy tənzimləməsindəki məhdudiyyətlərə görə səhər və axşam namazı qılınmamışdı.

Qeyd edək ki, təxminən yarım milyon əhalisi olan Minneapolis şəhər şurasının 13 üzvündən üçü müsəlmandır.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

İsveçdə Quranın yandırılmasına İran sərt reaksiya verdi

Bugün TV

Sel İstanbulu pis vurdu! Küçükçekmece, Sarıyer…

Kəmalə Sultan

Meşə yanğını oldu: 2 ölü, 12 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu