Hadisə

ABŞ-da bir kişi bankda bir neçə nəfəri girov götürdü

Bugun.tv xəbər verir ki, ABC News və digər mənbələrin məlumatına görə, ABŞ-ın Kaliforniya ştatının Bakersfield şəhərində silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.

Hadisə Chase Bank filialında baş verib.

Məlumata görə, şübhəli şəxs binaya daxil olaraq özünü içəridə barrikada edib və yanında partlayıcı qurğu ola biləcəyi ehtimal edilir. Polis dərhal ərazini mühasirəyə alıb, yaxın binalar təxliyə edilib və yollar bağlanıb.

Rəsmilərin açıqlamasına görə, girov saxlanılan şəxslərdən ən azı biri azad edilib və qalan şəxslərin vəziyyətinin stabil olduğu bildirilir. Hadisə yerinə xüsusi təyinatlı polis bölmələri ilə yanaşı FBI əməkdaşları da cəlb olunub.

Polis hazırda şübhəli ilə telefon vasitəsilə danışıqlar aparır. Hadisənin motivi hələlik məlum deyil, istintaq davam edir.

Mənbə:  mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tədqiqat: Meşə yanğınları zəngin bölgələrdə daha dağıdıcı olur, lakin qlobal miqyasda azalır

Aynur Camal

Köpəkbalığı hücumları təşviş yaratdı: İki gündə ikinci ağır hadisə

Aynur Camal

Güclü fırtına: on minlərlə abonent işıqsız qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu