33 C
Baku
26 İyul 2025, 17:02
Baş xəbərDünya

ABŞ-da bir ştat azyaşlılar üçün şəbəkələrdən istifadəni məhdudlaşdırıb

ABŞ-ın Yuta ştatının prezidenti azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran iki qanun imzalayıb. Bu iki sənədə əsasən, 18 yaşdan kiçik yeniyetmələr və gənclər İnstagram, TikTokFacebook kimi şəbəkələrdən istifadə etməzdən əvvəl valideynlərindən icazə almalıdırlar.

Bu qanunlar Yuta ştatının Respublikaçı spikeri Spenser Koks tərəfindən imzalanıb. O, “Twitter”də yazıb ki, dövlət “artıq sosial şəbəkə sahiblərinin gənclərimizin psixi sağlamlığına zərər vurmasına imkan verməyəcək”.

Spenser Koks, “Sosial şəbəkələr məhsullarının zəhərli olduğunu bilirlər. Onların alətləri bunu asanlaşdırmaq üçün nəzərdə tutulub. Liderlər və valideynlər olaraq uşaqlarımızı qorumaq öhdəliyimiz var” deyib. Bununla bağlı iki sənəd ayın əvvəlində ştat assambleyasının deputatları tərəfindən təsdiqlənib. Bu qanunlar sosial şəbəkələrə sahib olan şirkətləri məhkəməyə verməyi asanlaşdırır.

Şirkətlərin qarşı çıxdığı Yuta qanunu istənilən sosial media istifadəçisinin səhifə açmadan əvvəl 18 yaşında olduğunu sübut etməyi tələb edir.

Mənbə: radioi.ozodi

Aynur Camal

Oxşar xəbərlər

Mona Lizanın harada çəkildiyinin sirri açıldı

Aynur Camal

Belqorodda FSB binasına Ukrayna pilotsuz uçan aparatı ilə hücum edildi

Bugün TV

CinemaPlus-da “Barbenheimer” fenomenal ajiotaj yaratdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu