32 C
Baku
19 İyul 2025, 15:23
Baş xəbərDünya

ABŞ-da COVID-19-a gündəlik yoluxmanın 44 faizi yeni ştamın payına düşür

ABŞ-da koronavirusun JN.1 adlı yeni ştamına yoluxma sürətlə artır.

Bugun.tv ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı məlumata əsasən xəbər verir ki, ölkədə COVID-19-a gündəlik yoluxmanın təxminən 44 faizi yeni ştamın payına düşür. Əvvəlki hesablamalara əsasən bu göstərici 21,4 faiz olub.

Mərkəzin açıqlamasında qeyd olunur ki, virusun JN.1 variantı xüsusilə Nyu-Cersi, Nyu-York kimi şimal regionlarında daha sürətlə yayılır. Bu ərazilərdə ümumi infeksiya xəstəlikləri içərisində 67 faiz yeni ştama yoluxma qeydə alınıb.

JN.1 ştamı mərkəzin bu ilin avqustundan qeydə aldığı və izlədiyi BA.2.86 variantına yaxındır. Yeni ştam ABŞ-da bu ilin sentyabrında aşkar edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tramp açıq şəkildə İranı hədələyib: Sizin ölkəniz məhv olacaq

Aynur Camal

12 kəndində dabaq karantini

Aynur Camal

Prezident Ərdoğan Azərbaycana səfərə gəlir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu