13 C
Baku
2 Dekabr 2025, 22:42
DünyaHadisə

ABŞ-da daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

ABŞ-ın şərq sahillərində yağan güclü yağış səbəbindən Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib.

Nyu-York və Nyu Cersiyə təsir edən leysan bütün şəhəri daşqınlara səbəb olub.

Yağış şəhərdaxili nəqliyyatın hərəkətini dayandırıb.

Nyu-York şəhərinin bəzi metro stansiyalarının su altında qaldığı, Nyuark, LaQuardia və Con Kennedi hava limanlarında çoxsaylı reyslərin ləğv edildiyi bildirilir.

Nyu-York meri Erik Adams güclü yağış və daşqın səbəbindən yerli vaxtla səhər saat 8:00-a qədər fövqəladə vəziyyət elan edib.

Merilend ştatında, Carroll County Yanğınsöndürmə İdarəsi bir uşağın sel sularında sıxışaraq öldüyünü bildirdi.

Sinoptiklər yağışın bəzi ərazilərdə saatda 3 düym (7,5 santimetr) sürətinə çata biləcəyi barədə xəbərdarlıq ediblər.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Karbon qazı ilk dəfə Günəş sistemindən kənarda kəşf edildi

Aynur Camal

İnhisarçılığı bağışlamadılar! Texnologiya nəhəngi Google Yaponiyadan antiinhisar zərbəsi aldı

Aynur Camal

Paytaxtda dəhşətli qəza: ÖLƏN VƏ YARALANAN VAR  

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu