28 C
Baku
10 Sentyabr 2025, 17:09
Dünya

ABŞ-da F-35 təyyarəsi havaya qalxarkən qəzaya uğradı!

F-35 qırıcı təyyarəsi Nyu Meksiko ştatının Albuquerque International hava limanından havaya qalxarkən naməlum səbəbdən qəzaya uğrayıb və partlayıb.

F-35 təyyarəsi ABŞ-ın Nyu-Meksiko ştatında Albuquerque International-da təlim zamanı qəzaya uğrayıb. Pilotun özünü ataraq xilas etdiyi öyrənilib.

Bölgədəki texniki qrup tərəfindən verilən məlumata görə, hərbi təyyarə Albuquerque International Sunport-dan qalxdıqdan qısa müddət sonra hava limanının cənub tərəfində qəzaya uğrayıb. Dağıntılar arasında başlayan yanğına yanğınsöndürənlər müdaxilə edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

4 kilo çəkisi olan göbələk görənləri təəccübləndirdi

Nigar Məmmədova

Son xəbər: Tramp İranı hədələyir! Vaşinqton Tehranı vuracaqmı?

Aynur Camal

SİHA-nın vurduğu xəstəxanada 5 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu