Bugun.tv xəbər verir ki, ABŞ-da kənd təsərrüfatı xaricində məşğulluq noyabr ayında gözləntiləri aşaraq 199 min nəfər artarkən, işsizlik nisbəti 3,9 faizdən 3,7 faizə düşüb. ABŞ Əmək Nazirliyi noyabr ayı üzrə məşğulluq hesabatını açıqlayıb. Buna görə ölkədə qeyri-kənd təsərrüfatı sektorlarında məşğulluq noyabr ayında 199 min adam artdı.
TRT Haber-in məlumatına görə, bazar gözləntilərinin üzərində yüksələn kənd təsərrüfatı xarici məşğulluq məlumatlarının bu dövrdə 180 min adam artması gözlənilirdi. Noyabrda səhiyyə və dövlət sektorlarında məşğulluq artıb. Tətil edən işçilər öz işlərinə qayıtdıqca istehsal sektorunda da artım oldu. Pərakəndə ticarət sektorunda məşğulluq azalıb.