14.4 C
Baku
14 Mart 2025, 15:50
Baş xəbərDünya

ABŞ-da minlərlə işçi işdən çıxarıldı! HHS əsas binası qarşısında etiraz aksiyası

ABŞ-da yüzlərlə insan Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) Səhiyyə və İnsan Xidmətləri Departamentinin (HHS) bəzi işçilərini işdən çıxarmasına reaksiya verib.

Sözügedən ixtisarların xalq sağlamlığına “zərər verdiyini” bildirən etirazçılar paytaxt Vaşinqtonda HHS-nin əsas binası qarşısına toplaşıblar.

Etirazçılar HHS işçilərinin işdən qovulmasına reaksiyalarını əllərində “(Federal) dövlət qulluqçularını sizi qoruduğuna görə qoruyun”, “Biz elmə güvənirik” və “Ayağa qalxın, müqavimət göstərin” kimi ifadələrlə çıxış ediblər.

Etirazda iştirak edən demokrat senator Chris Van Hollen izdiham qarşısında çıxışında ABŞ prezidenti Donald Trampın baş müşaviri Elon Maskın “(federal) hökuməti qeyri-qanuni ələ keçirməsinə” mane olacaqlarını bildirib.

Wall Street Journal fevralın 7-də iddia etdi ki, Tramp administrasiyası minlərlə HHS işçisini işdən çıxarmaq üçün fərman üzərində işləyir.

Ağ Ev HHS ilə bağlı fərmanın olacağı ilə bağlı iddiaları rədd etdi.

“The New York Times” qəzeti fevralın 18-də yazıb ki, HHS ilə əlaqəli Milli Sağlamlıq İnstitutunun (NIH) təxminən 1200 əməkdaşı işdən çıxarılıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

BMW avtomobil idarəetmədən çıxaraq aşdı

Kəmalə Sultan

6,4 bal gücündə zəlzələ dağıntılara, ölümə səbəb olub

Aynur Camal

lham Əliyev bu gün Türkiyədə Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu