Dünya

ABŞ-da məktəbə atışma: Çoxlu ölü və yaralı var!

ABŞ-da məktəbə silahlı hücum olub. İlkin hesablamalara görə, hücum nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Viskonsin ştatında Abundant Life xristian məktəbinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.

Madison Polis İdarəsindən verilən açıqlamada hücumda ilkin təsbitlərə görə 5 nəfərin öldüyü, 5 nəfərin yaralandığı, hücum edənin zərərsizləşdirilə biləcəyi bildirilib. Polis, “Bu gün çox, çox kədərli bir gündür. Təkcə Madison üçün deyil, bütün ölkəmiz üçün” deyib. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Özəl məktəb olan Abundant Life Christian, uşaq bağçasından 12-ci sinfə qədər təhsil verir və təxminən 400 şagirdi var. Ötən il ABŞ-da 349, bu il isə 322 məktəbdə atışma olub.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

Trampın Omanla bağlı təhdidləri ölkədə narazılıq yaradır və müşahidəçiləri çaşdırdı

Aynur Camal

Türkiyədə Ərdoğan PKK üzvləri üçün şərti amnistiya nəzərdə tutan qanunu imzaladı

Aynur Camal

Ukrayna Moskvaya genişmiqyaslı PUA hücumu etdi, Rusiyanın raket zərbəsi 10 nəfərin ölümünə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu