Filadelfiyadan təxminən 60 mil şimal-qərbdə yerləşən West Readingdəki Palmer Company şokolad fabrikində axşam saat 5 radələrində partlayış baş verib.
Nəticədə 2 nəfər ölüb, 9 nəfər itkin düşüb, 8 nəfər isə xəstəxanaya aparılıb.
Polis rəisi Ueyn Holbenin sözlərinə görə, Pensilvaniya ştatında şokolad fabrikində baş verən partlayışın səbəbləri araşdırılır.
“Partlayış o qədər böyük idi ki, binanı dörd fut irəli apardı”, – deyə yanğınsöndürən olan bələdiyyə sədri Samanta Kaaq hadisə yerinə cavab verdikdən sonra mətbuat konfransında bildirib. Mənbə: The New York Times