Vaşinqtonda və 13 ştatda TikTok-a qarşı uşaqlara mənfi təsir göstərdiyi səbəbi ilə iddialar qaldırılıb.
ABŞ-ın paytaxtı Vaşinqtonda və 13 ştatda sosial media platforması TikTok-a qarşı iddialar qaldırılıb.
TikTok gənclərə manipulyasiya yolu ilə zərər verməkdə ittiham olunur. ABŞ-da 170 milyon insanın istifadə etdiyi TikTok-a ünvanlanan tənqidlər bununla da məhdudlaşmır. TikTok istehlakçıların hüquqlarının müdafiəsi qanunlarını pozmaqda və gənclərin psixi sağlamlığı böhranını şiddətləndirməkdə ittiham olunur.
Kaliforniyanın baş prokuroru Rob Bonta TikTok-un qəsdən uşaqları hədəf aldığını bildirib. O, uşaqların asılılıq yaradan məzmundan uzaq durmaq üçün yetkinlik və bilik qabiliyyətinə malik olmadığını bildirib. Baş prokuror qeyd edib ki, həddən artıq fərdiləşdirilmiş alqoritm və tətbiqin təkan bildirişlərindən istifadə etməsi kimi funksiyalar emosional və davranış dəyişikliklərinə səbəb olmaqla platformadan həddindən artıq istifadəni təşviq edir.
Ötən il bəzi ştatlar TikTok, Instagram və Facebook-un sahibi Meta-ya qarşı oxşar iddia qaldırmışdı. Bu hallar davam edir.
Mənbə: EnSonHaber