29 C
Baku
9 İyun 2025, 12:38
Baş xəbərDünya

ABŞ-da türklər prezident Ərdoğanın qələbəsini qeyd edirlər

Bugun.tv xəbər verir ki, ABŞ-da yaşayan türklər qeyri-rəsmi nəticələrə görə prezident Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin ikinci turunda qazandığı uğuru qeyd ediblər.

Nyu-Cersi ştatının Paterson şəhərində Türkiyədəki seçkilərin nəticələrindən sonra bir araya gələn qürbətçilər böyük sevinclə prezidentin uğurunu Türkiyə bayraqları, AK Partiya bayraqları və Ərdoğan posterləri ilə qarşılayıblar.

Bir çox türk avtomobilləri siqnal verərək, maşınlarından Türkiyə bayraqları və Ərdoğan posterlərini dalğalandıraraq Paterson küçələrini gəziblər.

Konvoya qatılan fələstinlilər də hər iki ölkənin bayraqları ilə “Ərdoğan” şüarları səsləndirərək seçkinin nəticəsini qeyd ediblər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Antalyada iki nöqtədə meşə yanğını

Bugün TV

Muxtarlıq davası oldu: 3 yaralı var

Bugün TV

Çexiya Praqada baş verən atışmanı terrorla əlaqələndirmir

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu