Texnologiya

ABŞ-da yeni nəsil sualtı qayığın tikintisi təxirə salındı

Bugun.tv xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri kifayət qədər maliyyə olmadığı üçün yeni nəsil hücum sualtı qayığının tikintisini təxirə salıb. Bu barədə “Defence News” məlumat yayıb.

Hərbi Dəniz Qüvvələrinin sözçüsü, Virciniya sinifli sualtı qayıqları əvəz edə biləcək SSN(X) layihəsinin aparıcı gəmisinin tikintisinə 2040-cı illərdə başlanmasının planlaşdırıldığını bildirib. Qeyd edilir ki, ötən il ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqda işə 2035-ci ildə başlamağı planlaşdırıb. İlkin planlara görə, tikintiyə 2031-ci ildə başlana bilərdi.

Həmçinin 2025-ci maliyyə ilinin büdcəsində Hərbi Dəniz Qüvvələri yeni nəsil esmines DDG(X) proqramı və qabaqcıl F/A-XX qırıcıları üçün xərcləri azaltmağa çalışıb.

Mənbə lenta.ru

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Anthropic rəhbəri süni intellekt üçün məcburi tənzimləmələrə çağırdı

Aynur Camal

Gecələr elektrik enerjisi istehsal edən yeni panellər kəşf edildi

Aynur Camal

CNN: Texnologiya nəhəngləri süni intellektlə işləyən yeni nəsil kompüterlərə milyardlarla dollar yatırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu