Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin deportasiya edilmiş kolumbiyalıları daşıyan ABŞ təyyarələrinə girişi qadağan edəcəyini bildirib. Bu barədə o, X sosial şəbəkəsində yazıb. “Birləşmiş Ştatlar kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşa bilməz. Kolumbiyalı miqrantları daşıyan Amerika təyyarələrinin ərazimizə daxil olmasını rədd edirəm”, – Petro yazıb.
Onun sözlərinə görə, Kolumbiya onları yenidən qəbul etməyə başlamazdan əvvəl ABŞ miqrantlarla ləyaqətlə davranmaq üçün protokol hazırlamalıdır.
Bundan əvvəl məlum olub ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti Ukraynadan olan miqrantların öz ərazisində müvəqqəti məskunlaşmaq üçün ölkəyə köçməsinə icazə verən proqramların bir hissəsini dayandırıb.
Mənbə: mail.ru