8 C
Baku
12 Dekabr 2024, 11:44
Dünya

ABŞ-dan soyqırıma dəstək paketinin təsdiqi!

 Daha 26 milyard dollar isə İsrailə gedir

ABŞ Senatı 26 milyard dolları İsrailə hərbi yardım da daxil olmaqla 95 milyard dollarlıq xarici yardım paketini təsdiqləyib. Bununla da o, Qəzzada törədilən soyqırımda şərik olduğunu bir daha sübut etdi.

CƏMİ 18 SƏSƏ QARŞI

Ötən həftə sonu Nümayəndələr Palatasında təsdiqlənən və Senata göndərilən paket 18 “xeyr” səsinə qarşı 78 “hə” səsi ilə qəbul edilib.

Senatda 4 ayrı qanun layihəsinin yer aldığı və vahid paketdə birləşdirilən qanun layihəsi senatorların böyük əksəriyyəti tərəfindən bəyənilərkən, müstəqil senator Bernie Sanders də daxil olmaqla bəzi Demokrat adlar İsrailin dəstəklənməsinə qarşı səs verib.

Bəzi respublikaçı senatorlar da Ukraynanın dəstəklənməsinə qarşı çıxıblar.

Bundan əlavə, qanun layihəsi ilə bağlı yazılı açıqlama verən ABŞ prezidenti Co Bayden, mətn alındıqdan sonra qanun layihəsini çərşənbə günü (sabah CET) imzalayacağını bildirib.

Bayden, qanun layihəsinin qanuni qüvvəyə minməsindən sonra ABŞ-ın “İran təhdidinə qarşı” İsrailə mümkün qədər tez hərbi dəstək verəcəyini və Qəzza da daxil olmaqla müxtəlif humanitar böhran bölgələrinə yardım göndərəcəyini bildirib.

Yardım paketində Ukraynaya hərbi dəstək üçün 61 milyard dollar, İsrailə hərbi dəstək üçün 26 milyard dollar, Qəzza da daxil olmaqla müharibə bölgələrinə humanitar yardım üçün 9 milyard dollar və Hind-Sakit okean regionuna dəstək üçün 8,1 milyard dollar ayrılıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Almaniyadan qorxulu iddia: Rusiya hazırlıq görür

Aynur Camal

Makrondan türkcə paylaşım: Türk xalqı ilə həmrəyik

Aynur Camal

Avropada İsrail böhranı: Müdafiə naziri təyin olundu… Günə siren səsləri ilə başladılar…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu