Dünya

ABŞ dövlət katibi Rubionun olduğu təyyarə “mexaniki problem” səbəbindən geri qayıdıb

Göyərtəsində ABŞ dövlət katibi Marko Rubionun olduğu Almaniyaya havalanan təyyarənin “mexaniki problem” səbəbindən geri döndüyü bildirilib. ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce Rubionun Almaniyaya səfəri üçün havaya qalxan təyyarədə yaranan nasazlıqla bağlı açıqlama verib.

Bruce, “Bu axşam Vaşinqtondan Münhenə uçacaq dövlət katibi Rubio ilə təyyarədə mexaniki problem var idi” deyib.

Təyyarənin Merilend ştatındakı Birgə Baza Andrews Hava Bazasına döndüyünü ifadə edən Bruce, Rubionun Almaniya və Yaxın Şərqə fərqli təyyarə ilə gedəcəyini qeyd edib.

Adı açıqlanmayan bir məmur bildirib ki, “havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra Boeing 757 C-32 tipli təyyarənin kokpit şüşəsində texniki problem yaranıb”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

Trampdan “İran” mesajı: “Biz hücum etməsəydik, onlar edəcəkdi”

Aynur Camal

İsrailin Livana hücumları nəticəsində azı 10 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu