Dünya

ABŞ F-35-lərinin Yaponiyaya təcili enişi

ABŞ-a məxsus iki F-35 döyüş təyyarəsi Yaponiyanın Ehime əyalətindəki Matsuyama hava limanına məcburi eniş edib. F-35-lərin təcili eniş etməsi səbəbindən bir sərnişin təyyarəsinin enişi gecikərkən, hadisə nəticəsində xəsarət alan olmadığı açıqlanıb. Dünyada bir-birinin ardınca baş verən mülki və hərbi aviasiya qəzaları təhlükəsizlik narahatlığına səbəb olarkən, bu dəfə Yaponiyanın Ehime əyalətində narahat anlar yaşanıb.

Yerli rəsmilərdən əldə edilən məlumata görə, ölkənin Yamaquçi əyalətindəki İvakuni Hava Bazasına bağlı ABŞ-a məxsus iki F-35 döyüş təyyarəsi yerli vaxtla saat 12.05-də yanacağı bitdikdən sonra Matsuyama hava limanına təcili eniş edib.

Hadisə nəticəsində xəsarət alan olmadığı açıqlansa da, Matsuyama hava limanına sərnişin təyyarəsinin enişində gecikmə olduğu qeyd edilib. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Sol ittifaq birinci yerə çıxdı, heç bir partiya təkbaşına səs çoxluğu əldə edə bilmədi

İntizar Əmirova

Avtomobildə unudulan 6 aylıq körpə öldü

Aynur Camal

20 ildən sonra edam edilən ilk qadın!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu