Baş xəbərDünya

ABŞ Federal Aviasiya Administrasiyası “Boeing 737 MAX 9” təyyarələrinin istismarını dayandırmaq qərarına gəldi

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bəzi “Boeing 737 MAX 9” təyyarələrinin istismarını dayandırmaq qərarına gəlib.

Bugun.tv xəbər verir ki, bu barədə administrasiyanın açıqlamasında bildirilib.

Administrasiyanın saytında dərc edilmiş bəyanatda deyilir: “ABŞ aviaşirkətləri tərəfindən və ya ABŞ ərazisində istismar olunan bəzi “Boeing 737 MAX 9” təyyarələrinin uçuşları müvəqqəti olaraq dayandırılır”. Bu qərar təxminən 171 təyyarəni əhatə edəcək.

“Administrasiya bəzi “Boeing 737 MAX 9” təyyarələrinin uçuşa qayıtmazdan əvvəl onların dərhal yoxlanılmasını tələb edir. Biz Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına Alyaska Hava Yollarının 1282 saylı uçuşunu araşdırmasında kömək göstərdiyimiz müddətdə təhlükəsizliyə əsaslanan qərarlar qəbul etməyə davam edəcəyik” – FAA administratoru Maykl Uitaker bildirib.

Bugün TV

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu