Yerli KİV üç ABŞ hərbi helikopterinin Yaponiyanın qərbindəki ticarət hava limanına təcili eniş etdiyini bildirib.
İctimai yayımçı NHK Yaponiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, helikopterlər Kaqava prefekturasındakı Takamatsu hava limanına enib.
Məlumatda qeyd olunub ki, hadisə yerinə yanğınsöndürənlər göndərilib, lakin sudan istifadə edilməyib, helikopterlərin ətrafında alov və ya tüstü görünməyib.
Mülki təyyarələrin zərər çəkdiyi barədə məlumat yoxdur.
Hazırda nazirlik hadisənin səbəblərini araşdırır.
Mənbə: İlkha