Hadisə

ABŞ sərnişin təyyarəsi hərbi təyyarə ilə toqquşmadan son anda yayındı

Venesuelanın şimalında yerləşən Kürəsao adası yaxınlığında ABŞ-a məxsus sərnişin təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə aid yanacaqdoldurma təyyarəsi ilə toqquşma təhlükəsi ilə üzləşib.

Kürəsaodan Nyu-Yorkdakı Con Kennedi (JFK) Hava Limanına uçan JetBlue hava yollarına məxsus 1112 saylı reysin pilotu hadisə ilə bağlı hava nəqliyyatının idarə olunmasına məlumat verib. Hadisəyə dair pilotla dispetçer arasında baş verən danışıqların səs yazıları yayılıb.

Səsyazmalara əsasən, hərbi təyyarə sərnişin təyyarəsinin birbaşa uçuş marşrutu üzərindən və eyni hündürlükdə keçib. Pilot iki təyyarə arasındakı məsafənin təxminən 3–8 kilometr olduğunu bildirib.

Pilot həmçinin uçuş zamanı Venesuela hava məkanına daxil olduqları üçün hərəkəti dayandırmalı olduqlarını qeyd edib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Sərnişin qatarı lokomotivlə toqquşdu: 8 nəfər yaralandı

Aynur Camal

Okinavada ABŞ hərbçisinin həbsi Yaponiyada narazılıq yaratdı

Aynur Camal

Park yeri mübahisəsi qanlı nəticələndi: 12 yaşlı qız öldürüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu