ABŞ Müdafiə Nazirliyi Karib dənizində tətbiq edilən karantin qərarının pozulması səbəbilə Hind okeanında bir neft tankerinə əl qoyulduğunu açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, ABŞ hərbi qüvvələri Prezident Donald Trampın sanksiya tətbiq edilən gəmilərlə bağlı Karib bölgəsində elan etdiyi karantin rejimini pozduğu iddia edilən “Aquila II” adlı gəmiyə müdaxilə edib.
Bildirilir ki, ABŞ qüvvələri tankeri Hind okeanına qədər izləyib və daha sonra Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasında həyata keçirilən əməliyyat nəticəsində gəminin nəzarəti tam şəkildə ələ keçirilib.
Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Mənbə: İlkha
