11 C
Baku
26 Fevral 2026, 15:16
Dünya

“ABŞ hörmət göstərsə, münasibətlər yaxşı olar”

Şimali Koreya lideri Kim Jong-un ABŞ-la münasibətlərin ABŞ-ın davranışından asılı olduğunu açıqlayıb.

Kim, Koreya İşçi Partisinin (WPK) 9-cu konqresi çərçivəsində keçirilən siyasət icmal toplantısında çıxış edərək, ABŞ-ın Pyongyangın nüvə statusunu tanıması və “düşmənçilik siyasətindən” vaz keçməsi halında iki ölkə arasında əlaqələrin normallaşa biləcəyini bildirib.

Kim ABŞ-a mesaj verərək deyib: “Əgər ABŞ konstitusiyamızda müəyyən edilmiş mövcud statusumuza hörmət göstərsə və Şimali Koreyaya qarşı düşmən münasibətindən vaz keçsə, münasibətlərimizin pozulmasına heç bir səbəb yoxdur”.

O, həmçinin bildirib ki, sülh və ya davamlı konfliktin mümkünlüyü ABŞ-ın yanaşmasına bağlıdır.

Şimali Koreya lideri ölkəsinin nüvə silahlarından vaz keçməyəcəyini və bu silahların milli suverenlik və maraqların təminatçısı olduğunu vurğulayıb. Kim gələcək beş il üçün müdafiə planlarına dair ipucları verərək, nüvə arsenalının artırılacağını və əməliyyat imkanlarının genişləndiriləcəyini açıqlayıb.

Bundan əlavə, Kim, yeni nəsil strateji silah sistemləri üzərində işləyəcəklərini, o cümlədən denizaltından atılan qitələrarası ballistik raketlər, süni intellekt dəstəyi ilə pilotsuz uçuş aparatları və müşahidə peykləri hədəf alan silahların inkişaf etdiriləcəyini bildirib.

Konqres çərçivəsində Pyongyangda hərbi parad keçirilib, Kim orduya hər cür ssenariyə hazır olmağı və düşmənə qorxu salan güc olmağı tövsiyə edib.

Xatırladaq ki, Kim Jong-un WPK-nın 9-cu konqresində yenidən baş katib seçilərək liderliyini gücləndirib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İran Prezidenti Pezeşkiyan: Hamaney nüvə silahı olmayacağını deyibsə, bu belə olacaq

Aynur Camal

İnsanlıq tarixinin qara ləkəsi! Xocalı Soyqırımının 34-cü ildönümü

Aynur Camal

BMT Baş katibi Ukrayna müharibəsini “bizim ümumi vicdanımıza ləkə” adlandırıb və dərhal atəşkəsə çağırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu