ABŞ ilə münasibətlərdə gərginliyin artması Kanadanın xarici siyasət istiqamətləri ilə bağlı müxtəlif ssenarilərin müzakirə olunmasına səbəb olur. Bunlardan biri də Avropa İttifaqına (Aİ) daxil olma ehtimalıdır. ABŞ prezidenti Donald Tramp Kanadanı “51-ci dövlət” olmağa məcbur edəcəyi ilə hədələdikdən sonra The Economist yazıçısı Stenli Piqnal ölkənin yeni ittifaqa üz tuta biləcəyini irəli sürüb.
Pignal bildirir ki, Avropa və Kanada qarşılıqlı olaraq daha güclü tərəfdaşlığa ehtiyac duyurlar.
Bu ideyanı Kanadanın Parisdəki səfirliyinin keçmiş sözçüsü və Britaniyanın Aİ tərəfdarı hərəkatının aparıcı simalarından biri dəstəkləyib, Almaniyanın keçmiş xarici işlər naziri də müzakirələrə qoşulub.
Monrealda çıxan “La Presse” qəzeti bu təklifi “zarafatdır, yoxsa ciddidir, bilinmir” kimi qiymətləndirib.
Kanadanın Aİ-yə daxil olması mümkündürmü?
Avropa İttifaqı haqqında Müqavilənin 49-cu maddəsi Aİ üzvlüyünü “Avropa dövlətləri” üçün açıq saxlayır, lakin “Avropa” anlayışı aydın şəkildə verilmir.
1987-ci ildə Mərakeş Avropa ölkəsi olmadığı üçün AB üzvlüyünə qəbul edilmədi. Ancaq Kanada üçün vəziyyət fərqli ola bilərmi?
Kanadanın Avropa ilə dərin mədəni və siyasi əlaqələri var. Ölkənin hüquqi və siyasi sistemi əsasən Avropa modellərinə əsaslanır.
Bundan əlavə, Kanada vətəndaşlarının əhəmiyyətli bir hissəsi Avropa mənşəlidir. Digər tərəfdən, Kanadanın böyük təbii ehtiyatları Aİ üçün strateji üstünlük təmin edə bilər.
Bununla belə, Avropa İttifaqının genişlənmə siyasətini nəzərə alsaq, Kanadanın üzvlüyü mümkünsüz hesab edilir.
Hazırda Aİ-nin üzvlüyünü gözləyən 10 ölkə var və bu proses xüsusilə Qərbi Balkan ölkələri üçün onilliklərdir davam edir.
Aİ-nin genişlənmə siyasətləri üzrə ekspert Maria Garcia deyir ki, “Avropa qitəsində faktiki olaraq yerləşən ölkələrin üzvlüyü belə illərdir gözlədiyi halda, Kanada kimi bir ölkənin üzvlüyə daxil olma ehtimalı çox aşağıdır”.
Mənbə: TrtHaber