Rusiya Ukraynaya böyük hücum planlaşdırır
Ukraynanın Rusiyanı ABŞ raketləri ilə vurmasından sonra Moskvanın ciddi cavab addımı atacağı gözlənilir. ABŞ Kiyev səfirliyini bağlayıb. Daha sonra İspaniya, İtaliya və Yunanıstan konsulluqları hərəkətə keçib. Konsulluq işçilərinə sığınacaqlara getmələri barədə xəbərdarlıq edilib. Ukrayna dünən Rusiya ərazisini Amerika istehsalı olan ATACMS operativ-taktiki raketləri ilə vurub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATACMS raketlərinin Rusiya sərhədləri daxilində istifadə edilməsinin “Qərblə gərginliyi ən yüksək səviyyəyə qaldırdığını” ifadə edərək, “Gərginliyi daha da artırmaq istəyirlər” deyib.
Həm ABŞ, həm də Qərb ölkələri Rusiyanın böyük cavab hücumu edəcəyi ilə bağlı xəbərdarlıq edib və ehtiyat tədbirləri görüb. Əvvəlcə ABŞ Kiyev səfirliyini bağladı. O, işçilərə yerində qalmağı tövsiyə edib. Bildirilib ki, hər hansı hava hücumu zamanı insanlar sığınacaqlara getməlidir.
ABŞ-ın ardınca İtaliya, İspaniya və Yunanıstan da konsulluqlarını bağlayıb, işçilərini sığınacaqlara yönləndiriblər.
Rusiya prezidenti Vladimir Putin Nüvə Doktrinasının reqlamentini təsdiqləyib. Bu qaydaya əsasən, Rusiya “kritik təhlükə altında olduğuna inanırsa” ballistik silahlara qarşı nüvə cavabı verə biləcəyini açıqlayıb.
Putinin imzaladığı və Rusiya Hökumətinin rəsmi saytında dərc edilən sənəd Rusiyanın nüvə silahından istifadə etmədən öz nüvə silahını işə salmayacağına dair öhdəliyini dəyişdirir. Rusiya bu sənədlə nüvə müharibəsinə başlaya biləcəyini rəsmən bəyan etdi.
Mənbə: TGRT