18 C
Baku
25 Aprel 2025, 10:01
Dünya

ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsinin “utanc verici” hərəkəti: İsrailin artilleriya mərmilərinə “bitirin” yazıb

İsrail Fələstində günahsız dinc əhaliyə atəş açmağa davam edərkən, ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli qalmaqallı addım atıb. Heyli İsrailə səfəri zamanı mülki vətəndaşları hədəf alan artilleriya mərmilərinə münasibət bildirərək, “bunları bitirin” deyib. Beynəlxalq Ədalət Məhkəməsinin “təhlükəsiz bölgə” olaraq təyin etdiyi Rafahda mülki əhalinin yaşadığı çadırlara İsrailin hücumları davam edərkən, ABŞ-ın İsrailə maddi və mənəvi dəstəyi davam edir. Qəzzada hökumətin açıqladığı son məlumatlara görə, son 48 saatda 72 fələstinli həyatını itirib və qalmaqallı addım ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heylidən gəlib.

Top gülləsi ilə bağlı QEYD!

İsrailin BMT-dəki keçmiş nümayəndəsi Denni Danonun yazısında Heyli İsrailin artilleriya mərmilərinə “onları bitir” yazaraq imza atıb. Donald Trampa qarşı Respublikaçılar Partiyasından namizəd olan və kifayət qədər dəstək almayan Heyli İsrailə dəstəyi ilə tanınır.

AHBAP Dərnəyinin prezidenti və sənətçi Haluk Levent sosial media hesabında sözügedən şəkli paylaşaraq “Ayıbdır” yazıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Milyonlarla funt sterlinqlik muzeyin dəbdəbəli oğurluğu

Aynur Camal

NASA: Günəşdə daha bir partlayış baş verdi

Aynur Camal

ABŞ-ın müdafiə naziri Hizbullahla gərginliyə görə İsrailə səfərini təxirə saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu