Bugun.tv xəbər verir ki, 2026-cı ilin Atlantik mövsümünün ilk qasırğası formalaşıb. “Isaias” adı verilən qasırğa ABŞ-ın Meksika körfəzi sahillərinə doğru irəliləyir.
Reuters-in məlumatına görə, “Isaias” Missisipi çayının mənsəbinin təxminən 715 kilometr cənub-qərbində yerləşib. Qasırğanın maksimal davamlı külək sürəti saatda 120 kilometrə çatıb.
ABŞ Milli Qasırğa Mərkəzi qasırğanın daha da güclənəcəyini və cümə günü axşam Şimali Meksika körfəzi sahillərinə yaxınlaşarkən güclü qasırğa olaraq qalacağını bildirib.
Neft və qaz hasilatına təsir edir
“Isaias”ın ABŞ-ın Meksika körfəzində neft və qaz hasilatının aparıldığı ərazilərdən keçəcəyi gözlənilir. Bu səbəbdən enerji şirkətləri dənizdəki fəaliyyətlərini azaltmağa və əməkdaşların təxliyəsinə başlayıblar.
Məlumata görə, çərşənbə günü körfəzdə ABŞ-ın hazırkı neft hasilatının 25,08 faizi, təbii qaz hasilatının isə 16,37 faizi dayandırılıb.
Qasırğanın quru ərazisindəki neft emalı müəssisələrinə də təsir göstərə biləcəyi və bunun yanacaq ehtiyatları ilə yanaşı, qiymətlərə də təzyiq yarada biləcəyi bildirilir.
Mənbə: Reuters
