ABŞ rəhbərliyi 2021-ci ildə Donald Tramp administrasiyasının son həftəsində terroru dəstəkləyən ölkələr siyahısına əlavə etdiyi Kubanı bu siyahıdan çıxarmağa qərar verib. Ağ Evdən verilən açıqlamada Konqresə göndərilən rəsmi bildirişə əsasən Kubanın “terrora dəstək verən ölkələr” siyahısından çıxarılacağı bildirilib.
Kuba 2021-ci ildə həbsdə olan siyasi məhbusların azadlığa buraxılması müqabilində həmin siyahıdan çıxarılacaq.
Mövzu ilə bağlı mətbuat brifinqində prosesi dəyərləndirən yüksək səviyyəli ABŞ rəsmisi Kubanın terroru dəstəklədiyinə dair əhəmiyyətli bir dəlil olmadığını və bu ölkənin Kolumbiyadakı sülh danışıqlarına çox müsbət töhfələr verdiyini bildirib.Qeyd olunub ki, ABŞ administrasiyasının bildirişini nəzərdən keçirmək səlahiyyətinə malik olan konqresdən bu qərarın qarşısını almaq üçün hər hansı addım atacağı gözlənilmir.
TRUMP SİYAHIYA ƏLAVƏ OLUNUB
Kuba rəsmən siyahıdan çıxarıldıqdan sonra Şimali Koreya, İran və Suriya siyahıda qalacaq.
ABŞ-ın keçmiş prezidenti Barak Obama 29 may 2015-ci ildə Kubanı terroru dəstəkləyən ölkələr siyahısından çıxardı və daha sonra vəzifəyə başlayan Donald Tramp administrasiyası 2021-ci ilin yanvarında səlahiyyət müddətinin son həftəsində Kubanı yenidən bu siyahıya əlavə etdi.
Mənbə: EnSonHaber