ABŞ prezidenti Co Bayden, 10-dan çox dağıdıcı tornadonun təsiri ilə Missisipi ştatında fövqəladə vəziyyət elan etdiyini açıqladı.
Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət 26 nəfərin həyatına son qoyub.
ABŞ Milli Meteoroloji Xidməti tornadonun 5 bal gücündə olduğunu və sürətinin saatda 300 kilometri ötdüyünü bildirib.
Missisipi ştatının qubernatoru Teyt Rivz Twitter-də vətəndaşları təhlükəsizliklə bağlı xəbərdar edərək qeyd bildirib: “Təəssüf ki, Missisipidə bizi daha pis hava şəraiti gözləyir”.