Bugun.tv xəbər verir ki, ABŞ-dan nüvə silahı imkanları ilə bağlı yeni açıqlama gəlib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan bəyan edib ki, ABŞ-ın təkmil nüvə silahı imkanları sayəsində Rusiya və Çini çəkindirmək üçün ABŞ-ın daha çox nüvə silahına ehtiyacı yoxdur.
Sullivan həmçinin Vaşinqtonun ABŞ və Rusiya arasında nüvə silahlarının yayılmasının azaldılması üçün 2010-cu ildə imzalanmış Yeni START sazişində müəyyən edilmiş strateji nüvə silahlarına dair məhdudiyyətlərə 2026-cı ildə sazişin müddəti bitənə qədər riayət edəcəyini bildirib və silahlara nəzarətə hazır olduqlarını əlavə edib.
Həmçinin bəyanatda həm Moskva, həm də Pekin ilə danışıqlar aparıldığı da ifadə edilib.
Mənbə: İLKHA