Bugun.tv xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı silahsız Minuteman III qitələrarası ballistik raketinin sınaq məqsədi ilə buraxıldığını açıqlayıb. “Bu buraxılış ABŞ-ın nüvə qarşısının alınmasının təhlükəsiz, etibarlı və təsirli olduğunu nümayiş etdirmək üçün rutin və dövri fəaliyyətlərin bir hissəsidir”, – bildirilib.
Əvvəlki dövrlərdə 300-dən çox atış cəhdinin edildiyi bildirilən açıqlamada bu sınaqın dünyada mövcud vəziyyətlə heç bir əlaqəsi olmadığı qeyd edilib.
ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada Kaliforniyadakı Vandenberq Kosmos Bazasında buraxılış sınaqlarının illərdir planlaşdırıldığı və Rusiya hökumətinin planlarla bağlı məlumatlandırıldığı bildirilib.