Baş xəbərDünya

ABŞ-ın rəsmi dili ilk dəfə müəyyən edildi

ABŞ prezidenti Donald Tramp ingilis dilini ölkənin rəsmi dili elan edən prezident fərmanı imzalayıb. Bu qərar ABŞ tarixində ilk dəfə olaraq milli dil yaratdı.

Trampın imzaladığı fərman həmçinin 2000-ci ildə o zamankı prezident Bill Klinton tərəfindən federal maliyyə alan qurumların ingilis dilini bilməyənlərə xidmət göstərməsini tələb edən qaydanı ləğv edir. CNBC tərəfindən verilən məlumata görə, yeni tənzimləmə federal agentliklərə mövcud təcrübələrini davam etdirməyə imkan verir. Amma o, həm də mühacirləri “daha ​​çox imkanlara qapı açan milli dili mənimsəməyə” təşviq edir.

Fərmanın imzalanması xəbərini ilk olaraq “Wall Street Journal” yayıb. Hazırda ABŞ-da ştatların yarıdan çoxu ingilis dilini rəsmi dil kimi qəbul edib. Lakin federal hökumət indiyədək belə bir addım atmayıb.

ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2019-cu ildə təxminən 68 milyon amerikalı evdə ingilis dilindən başqa dildə danışıb. Bu rəqəm 1980-ci ildəkindən təxminən üç dəfə çoxdur.

Ağ Evdən verilən açıqlamada, ingilis dilinin rəsmi dil kimi qəbul edilməsinin “ictimai birliyi gücləndirəcəyi, vətəndaşların iştirakını artıracağı və hökumətin fəaliyyətində səmərəliliyi təmin edəcəyi” bildirilib.

Tramp prezidentlik karyerası boyunca immiqrant əleyhinə çıxışı ilə diqqət çəkib. 2024-cü il seçki kampaniyasında o, müxtəlif dillərin yayılmasını “nəzarətdən kənar immiqrasiya”nın göstəricisi kimi şərh edib. Mühafizəkarların Siyasi Fəaliyyət Konfransındakı çıxışında “Ölkəmizə indiyə qədər heç kimin eşitmədiyi dillər gəlir” deyib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

15 İyun – Milli Qurtuluş günü

Bugün TV

Telegram geri addım atdı! İndi hər ikisini paylaşacaq

Aynur Camal

Qəzzada atəşkəs üçün son şans! Danışıqlar İsrail üçün qalxan ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu