16 C
Baku
17 Oktyabr 2025, 1:56
Baş xəbərSiyasət

“ABŞ -ın sanksiyaları və Ukraynaya hərbi yardımları cəbhədə Rusiyanin irəliləyişlərini dayandırmasına gətirib çıxara bilər”

“ABŞ prezidenti D.Tramp Rusiyaya Ukraynada atəşkəs və sülh üçün verdiyi 50 gün vaxtı 10 günə endirdi. D.Tramp vaxtı azaltması əsasən, Rusiyanın atəşkəsdə maraqlı olmadığını və Ukraynaya qarşı hərbi əməliyyatları genişləndirməsindən irəli gəlir. Artıq Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalar mövzusunda vahid mövqedən çıxış edir. Məhz Avropa İttifaqının 18-ci sanksiya paketindən sonra, Rusiya Kiyevə qarşı daha çox ballistik raketlərlə hücum etdi. Eyni zamanda, D.Tramp Rusiyaya ikinci növ sanksiyalar tətbiq edəcəyiniz vurğulamasına cavab olaraq Rusiya Ukraynaya intensiv şəkildə hücumları genişlendirib. Bir növ V. Putin D. Trampa Ukraynaya zərbələr endirməklə, cavab verir.

Rusiya prezidenti V. Putin D.Trampın mövqeyindən asılı olmayaraq Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirəcəyini vurğulamasi, məhz diplomatik danışıqların qapısının bağlanması deməkdir. Bununla Rusiya üçtərəfli görüşdən imtina etmiş kimi mesaj verir. Hazırkı mərhələdə ABŞ, Ukrayna və Rusiya liderinin üçtərəfli görüşü mümkün görünmür.

Artıq, ABŞ, Rusiyadan neft alan ölkələrə rüsumlar tətbiq edir. Təbii ki, ABŞ sanksiyaları Rusiyanin neft gəlirlərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq. Həmçinin D.Tramp Ukraynaya limitsiz silah yardımına icazə verməsi, Moskvanın cəbhədə irəliləyişlərini durduracaq. Ağ Evin əsas məqsəd bu ilin axırına kimi Rusiyanın danışaqlar masasında əyləşdirib, güzəştə məcbur etməkdir.

Baş verən proseslər fonunda V. Putin danışıqlar müstəvisində güzəştə getməyəcək. Yalnız ABŞ sanksiyalarla Rusiyanın iqtisadiyyatını və dövlətin aparıcı siyasi elitasını hədəfə almaqla V. Putinin zəifləməsini hədəf alacaq. Növbəti mərhələdə ABŞ Rusiyanın siyasi elitasında V. Putinə təzyiq etmək üçün hərəkətə keçməsi istisna deyil. ABŞ-ın təzyiqləri nəticəsində Rusiyanın siyasi elitasında və cəbhə xəttində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarması mümkündür”.

Məhəmməd Əssədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Xalq-iqtidar birliyi sarsılmazdır – FOTO

Aynur Camal

Texniki Müayinə Mərkəzlərinin iş rejmi gücləndirildi

Aynur Camal

Pensiya əleyhinə etirazlar Makrona necə təsir etdi?-SORĞU

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu