20 C
Baku
24 Aprel 2025, 19:52
Baş xəbərDünya

ABŞ-ın təyyarədaşıyan gəmisini raketlər və İHA-larla hədəfə aldılar

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın “Harry S. Truman” təyyarə gəmisinə raket və İHA-larla hücum etdiklərini açıqlayıb.

ABŞ və İngiltərənin dünəndən etibarən Yəmənə qarşı həyata keçirdiyi hücumlarda ölənlərin sayı 31-ə yüksəlib, ən azı 101 nəfər yaralanıb.

ABŞ ordusunun hücumlarından sonra Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın “Harry S. Truman” təyyarədaşıyan gəmisinə raket və İHA-larla hücum etdiklərini açıqlayıb.

Husilərin silahlı qanadının sözçüsü Yəhya Saree 18 raket və 1 İHA ilə Harry S. Trumanı hədəf aldıqlarını bildirib.

ABŞ-ın Yəmənin müxtəlif bölgələrinə 170-dən çox hava hücumu təşkil etdiyini bildirən Sari, Qırmızı dənizdə İsrailə bağlı gəmilərə hücumların İsrail Qəzza blokadasını qaldırana qədər davam edəcəyini vurğulayıb.

Husilər martın 7-də verdikləri açıqlamada, yardımların Qəzzaya daxil olması üçün İsrailə 4 gün vaxt verdiyini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını bildiriblər.

ABŞ prezidenti Donald Tramp “Truth Social” platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “böyük hücum” təşkil etmək göstərişi verdiyini açıqlayıb.

 Husilər 100-ə yaxın GƏMİYƏ HÜCUM EDİB

ABŞ uzun müddətdir ki, Qəzza müharibəsi səbəbindən Yəmənin bölgədəki gəmilərə hücumunun qarşısını almağa çalışır. Husilər indiyədək 100-ə yaxın gəmiyə hücum edib.

Bayden administrasiyası ötən oktyabr və noyabr aylarında Yəməndəki yeraltı silah anbarlarını hədəfə aldı, lakin heç bir təsirli nəticə əldə edilmədi.

Husilər İsrail və HƏMAS arasında əldə olunan atəşkəsə görə hücumlarını dayandıracaqlarını açıqlamışdılar.

Tramp hakimiyyətə gəldikdən sonra husiləri terror təşkilatı kimi tanıyan fərman imzaladı.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin əməkdaşı vəfat etdi

Kəmalə Sultan

Şimali Koreyadan qaçanlara! Onlar Kim Çen Inın “əsas düşmən” adlandırdığı ölkəyə sığınırlar

Aynur Camal

Sahibə Qafarova işgüzar səfərdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu