35 C
Baku
20 İyul 2025, 11:14
Dünya

ABŞ-ın Tayvana silah satışına Çinin reaksiyası

Çin ABŞ-ın suverenlik mübahisəsi olan Tayvana ümumi məbləği 866 milyon dollar olan əlavə hərbi material və silah satışına icazə verməsini pisləyib.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qien bəyan edib ki, Tayvana silah satışı iki ölkə arasında siyasi əlaqələrin əsasını təşkil edən bir Çin prinsipi və Üç Birgə Bəyannaməni pozur.

Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində keçməməsi lazım olan ilk qırmızı xətt olduğunu vurğulayan Vu, ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyinə əməl etmədiyini və Tayvanı müharibə təhlükəsinə sürüklədiyini müdafiə etdi.

Vu, “ABŞ tərəfini Tayvana hərbi yardım və silah satışını dərhal dayandırmağa və bölgə ilə hərbi əlaqələrini kəsməyə çağırırıq” deyib.

Dekabrın 21-də ABŞ prezidenti Co Bayden Müdafiə Nazirliyinə Tayvana hərbi təchizat, xidmətlər və təlimlər üçün 571 milyon dollar ayırmağa icazə verib.

Bundan əlavə, Müdafiə Nazirliyi dekabrın 20-də 300 taktiki radio sistemi və 16 silah dayağının satışının 295 milyon dollara təsdiqləndiyini açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Aİ Suriyaya qarşı sanksiyaları ləğv etdi

Aynur Camal

Amerika və Rusiya rəsmilərinin sabah Səudiyyə Ərəbistanında görüşəcəyi iddia edilib

Aynur Camal

2 terror aktı nəticəsində 17 nəfər həlak oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu