27 C
Baku
10 İyun 2025, 10:57
Siyasət

ABŞ-ın Ukrayna qarşısında təhlükəsizlik zəmanətləri ilə bağlı on illik öhdəliklərinin təfərrüatları məlum oldu

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı on illik öhdəlik hazırlayır. Onları 2024-cü ilin yazında təqdim etməyə hazırlaşıb. Bu sənədin təfərrüatları barədə The Washington Post (WP) məlumat yayıb.

Bildirilir ki, yeni strategiya ABŞ və digər ölkələrin uğurlu əks-hücum əməliyyatı ümidi ilə Ukraynaya hərbi texnika göndərdiyi ötən ilki planlardan köklü şəkildə fərqlənəcək. 2024-cü ildə əsas vəzifə mövcud mövqeləri saxlamaqdır.

Məqalədə “Bundan əlavə, Qərb hökumətləri Kiyevdən öz qüvvələrinin son vaxtlar daha çox uğur qazandığı taktikaya diqqət yetirməsini istəyir – uzaq mənzilli atəş, o cümlədən yaxın bir neçə ay ərzində çatdırılacağı vəd edilən Fransa qanadlı raketləri; Ukrayna limanlarından dəniz tranzitini qorumaq üçün Rusiyanın Qara Dəniz Donanmasının qarşısının alınması; və Krım daxilində Rusiya qüvvələrini raket zərbələri və xüsusi əməliyyatların təxribatı ilə sıxışdırmaq” deyilib.

Qeyd olunub ki, plan Baydenin Ukrayna üçün 61 milyard dollar məbləğində əlavə maliyyə tələbinin Konqres tərəfindən təsdiqlənməsi şərti ilə təqdim olunacaq. Nəşrin mənbələrinə görə, uzunmüddətli təminatların qəbulu Donald Trampın növbəti prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynanın ABŞ-dan maliyyə almasına kömək edəcək.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

İntizar Əmirova

Oxşar xəbərlər

ABŞ və Səudiyyə Ərəbistanı arasında irəliləyiş

Bugün TV

Ukrayna ordusunun 15 hərbçisi həlak oldu

Nigar Məmmədova

Xarıbülbül İspaniya bağını bəzədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu