Bugun.tv xəbər verir ki, Almaniyanın Ramşteyn Hava Bazasında keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupu toplantısından sonra mətbuat konfransı olub.
Ostin Ukrayna hərbçilərinin təlimi üçün istifadə olunacaq M1 Abrams tanklarının bir neçə həftədən sonra Almaniyada olacağını bildirib.
ABŞ Baş Qərargah rəisi general Mark Milley də Almaniyaya göndəriləcək tankların döyüş maşınları olmadığını, tank personalına atəş, manevr və texniki xidmətin öyrədilməsi üçün təlim məqsədilə istifadə ediləcəyini bildirib.
Mark Milley qeyd edib ki, bu zaman digər tanklar da yenilənib və onlar çatdırılmanı sürətləndirmək üçün çalışırlar. “Düşünürəm ki, bu tanklar təhvil verildikdə döyüş meydanında fərq yaradacaq”, – Milley bildirib.
Hər iki Amerika rəsmisi Almaniyaya nə qədər tankın gələcəyini açıqlamasa da, ABŞ mətbuatı M1 Abrams tanklarından 31-nin mayın sonuna kimi Almaniyaya çatmasının gözlənildiyini və təlimin təxminən 10 həftə çəkəcəyini açıqlayıb.
Mənbə:TRT Haber