28 C
Baku
10 Sentyabr 2025, 13:46
Baş xəbərDünya

ABŞ-ın Yəmənə hücumları davam edir

ABŞ-ın Yəmənə aviazərbələri intensivləşməkdə davam edir. Son günlər hava zərbələri nəticəsində onlarla mülki şəxs şəhid olub və yaralanıb.

ABŞ döyüş təyyarələri Yəmənə yeni silsilə hava zərbələri endirib.

Hücumlar paytaxt Səna və ətrafındakı bir neçə bölgəni hədəf alıb.

Yerli mənbələr ABŞ-ın hücumları zamanı Beni Həşiş bölgəsinin ən azı 5 dəfə bombalandığını və şərqdəki Nəqm dağının hədəf alındığını bildirib. Bundan əlavə, paytaxt Sənanın şimal-qərbindəki Main rayonunda 3, Həmdan rayonundakı Əl-Həvari fermasına isə 2 hava zərbəsi endirilib.

Yəmənin Səhiyyə Nazirliyi son iki gündə ABŞ-ın Səna, Dhammar və Hudeyda vilayətlərinə endirdiyi aviazərbələr nəticəsində 36 nəfərin şəhid və yaralandığını açıqlayıb.

Əksəriyyəti uşaq və qadın olan bu mülki itkilər hücumların Yəmən xalqına dağıdıcı təsirini vurğulayır.

ABŞ-ın Yəmənə qarşı hava hücumları 2025-ci il martın 15-dən etibarən davam edir və paytaxt Sənada və Yəmənin digər əyalətlərində mülki əraziləri hədəfə almaqda davam edir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

35 ildən sonra Türkiyənin Ermənistanla sərhəd qapısı açılıb

Aynur Camal

Pensiyaların orta aylıq məbləği artdı

Aynur Camal

Bakıda BMT-nin Etimad Fondunun maliyyə dəstəyi ilə təlim təşkil olunub

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu