ABŞ-İran, Məhəmməd Əsullazadə, Xamenei, Tramp, İsrail, hərbi əməliyyat, diplomatiya, Yaxın Şərq gərginliyi
Siyasət

ABŞ-İran gərginliyi və potensial nəticələr

Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-ın İrana qarşı havadan həyata keçirdiyi hərbi əməliyyatlar ölkədəki rejimin devrilməsinə səbəb olmayacaq.

Ekspert sosial media hesabındakı şərhdə bildirib ki, diplomatik danışıqlar yolu ilə problemlər həll oluna bilər, lakin İranın Ali dini rəhbəri Əli Xamenei heç bir danışıqlara getməyəcəyini açıq şəkildə nümayiş etdirir. ABŞ prezidenti Donald Trampın şərtləri isə bir növ İranı təslim olmağa sövq etməyə yönəlib.

M. Əsədullazadə vurğulayıb ki, əgər müharibə başlasa, ən çox zərəri İsrail görəcək, çünki İranın raket arsenalının 80%-i bu ölkəyə yönələcək. ABŞ-ın yalnız havadan əməliyyatları rejimin devrilməsinə gətirməyəcək, quru əməliyyatları isə öncədən məğlubiyyətlə nəticələnə bilər. Onun sözlərinə görə, İranın ideoloji gücü və dini fanatiklərin sayı ABŞ üçün ciddi çətinlik yaradır, İraqda olduğu kimi ABŞ orduya müqavimət göstərməyəcək deyə düşünmək yanlışdır.

Ekspert həmçinin əlavə edib ki, ABŞ-ın hərbi müdaxiləsi İran cəmiyyətinə demokratiya və azadlıq gətirməyəcək, lakin sistemin içindən yeni rəhbərin formalaşması mümkün ola bilər.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

Aynur Camal

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi

Aynur Camal

Bahçeli çərçivə qanun layihəsini imzaladı

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu