Baş xəbər

“ABŞ-İran qarşıdurması regionun siyasi nizamını dəyişir”

Cenevrə görüşü, ABŞ İran danışıqları, Məhəmməd Əsədullazadə, İran müharibə riski, Xamneyi, Tramp administrasiyası, uranın zənginləşdirilməsi, beynəlxalq gərginlik

Siyasi ekspert Məhəmməd Əsədullazadə Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı sosial media hesabında paylaşım edib.

Ekspert bildirib ki, ABŞ-ın regionda hərbi bazalarının hədəfə alınması və artan təhlükəsizlik riskləri Yaxın Şərqdə yeni geosiyasi mərhələnin başlanğıcından xəbər verir. Onun sözlərinə görə, İsrailin təhlükəsizlik və müdafiə qabiliyyətinin mütləq toxunulmaz olmadığı artıq aydın görünür.

M. Əsədullazadə qeyd edib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yeni dünya siyasi nizamı çərçivəsində Yaxın Şərqdə geosiyasi mövqelərini gücləndirmək və Çinin regiona daxil olmasının qarşısını almaq məqsədi daşıyır.

O vurğulayıb ki, İranın hərbi infrastrukturuna zərbələr ölkəni zəiflədə bilər, lakin daxildə sistem dəyişikliyi ehtimalı aşağıdır və İran cəmiyyətinin Rza Pəhləvini qəbul etməsi real görünmür.

Ekspert əlavə edib ki, beynəlxalq hüquq baxımından İrana qarşı hücum mübahisəli və yolverilməz hesab olunur. Bununla yanaşı, İranın region ölkələrinə münasibətdə apardığı siyasət də birmənalı qiymətləndirilməyib. Onun fikrincə, 28 fevraldan sonra regionda siyasi balans dəyişir və ərəb ölkələrinin ABŞ-a etimadı əvvəlki səviyyədə olmayacaq.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–İsrail–İran müharibəsində qalib tərəf yoxdur – siyasi ekspert

Aynur Camal

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Aynur Camal

“ABŞ-ın hazırkı marağı Xamenei sonrası mərhələdir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu