Dünya

ABŞ İran və Çində yerləşən 12 şəxs və təşkilata qarşı yeni sanksiyalar tətbiq etdi

Birləşmiş Ştatlar İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adından ballistik raket materiallarının tədarükündə rol oynadıqları iddiası ilə İran və Çindən olan 6 şəxs və 6 təşkilata sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi “Xarici Aktivlərə Nəzarət Ofisi”nin (OFAC) yeni sanksiya qərarı ilə bağlı açıqlama verib.

Bəyanatda deyilir ki, İran və Çindən olan 6 şəxs və 6 təşkilata qarşı “Sepah İnqilabı Keşikçiləri Korpusunun adından ballistik raket materiallarının tədarükü şəbəkəsində rol oynadıqları” əsası ilə sanksiya tətbiq edilib.

Bəyanatda həmçinin ABŞ-ın maliyyə naziri Skot Bessentin “İranın raket və digər silah imkanlarını aqressiv şəkildə inkişaf etdirməsi ABŞ və tərəfdaşlarının təhlükəsizliyini təhlükə altına alır” ifadəsi də yer alıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Vladimir Zelenski milli azlıqlar haqqında qanunu imzalayıb

Sevinc Sadıqova

Amerikalılara qadağan olan Şimali Koreyaya getmək üçün sərvət xərclədi

Aynur Camal

Livan mediasında təəccüblü təhlil: ABŞ-ın dəstəyi ilə yeni Yaxın Şərq qurmağı hədəfləyirlər…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu