“ABŞ prezidenti İrana iki həftəlik vaxt vermişdi. Bu İranı arxayın salmaq üçün gediş idi. Məhz beş raund keçirilən nüvə danışıqları da Vaşinqton tərəfindən manipulyasiya idi. İranı zəiflətmək və rejimi deyişmək ABŞ əsas strategiyasıdır. ABŞ Fordo və Natanz nüvə mərkəzlərini vurulmasını təşkil etdi. İranın hərbi indi sıradan çıxarılır. İran təslim olmasa, mülki və sənaye müəssisələri vurulacaq. ABŞ strateji planı İranda rejimi dəyişməkdir”.
Bugun.tv xəbər verir ki, bu şərhi siyasi ekspert Məhəmməd Əssədullazadə öz sosial platformasında verib.
O qeyd edir ki, İran kapitulyasiyaya imza atmasa, ABŞ İrana desant qüvvələr atacaq.
ABŞ təlimatı ilə İsrail İrana hücum edib. ABŞ sübut etdi ki, beynəlxalq gücdür və bütün dövlətlərlə İrana davrandığı kimi davrana bilər. ABŞ üçün BMT, insan hüquqları və dövlətlətin suverenliyi əsas deyil. Vaşinqton yalnız öz geopolitik maraqları müstəvisində siyasət aparır.
Artıq Rusiya da ABŞ İrana hücumundan müəyyən nəticələr çıxaracaq.
Rusiya ABŞ la konkret və real danışıqlara gedə bilər. V. Putin ABŞ-la danışıqları manipulyasiya edib. İrandan sonra, hədəfdə Rusiyadır. Ukraynanın Rusiya qarşı “Hörümçək toru” əməliyyatı ABŞ -Böyük Britaniyanın mesajı idi. Rusiya Ukraynada güzəştlərə getməsi ağır nəticələrlə qarşılana bilər. Çin və Rusiyanın “çox qütblü” dünya qurmaq planına Qərb icazə verməyəcək.
Türkiyə rəhbərliyi praqmatik siyasət aparır. Qərblə strateji məsələlərdə razılaşır. Əgər, Türkiyə Rusiya və İran kimi müstəqil siyasət aparıb, Qərbə qarşı müqavimət göstərsə, eyni ssenari tətbiq edilə bilər.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert