Donald Trump ABŞ hərbi qüvvələrinin Hörmüz boğazı yaxınlığında İranın mina yerləşdirən 28 gəmisini vurduğunu bildirib.
ABŞ prezidenti jurnalistlərə açıqlamasında deyib ki, bu addım İranın strateji su yolunda mina yerləşdirməsi ilə bağlı məlumatlardan sonra atılıb. Onun sözlərinə görə, ABŞ hərbi əməliyyatları regionda təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi strateji su yoludur və bölgədəki gərginlik enerji bazarlarına ciddi təsir göstərir.
Mənbə: AnadoluAgentliyi
